“TƏHSİL TV” komandası müxbir vakansiyası elan edir!
Təhsil sahəsində baş verən yenilikləri izləməyi, araşdırma aparmağı və aktual məlumatları auditoriyaya çatdırmağı bacaran namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
• Təhsil sahəsində baş verən yenilikləri, hadisələri və aktual məsələləri izləmək;
• Xəbər, müsahibə, reportaj və digər jurnalistik materiallar hazırlamaq;
• Məlumatların dəqiqliyini yoxlamaq, etibarlı mənbələr əsasında araşdırma aparmaq;
• Təhsil müəssisələri, müvafiq qurumlar və sahə üzrə ekspertlərlə əlaqə saxlamaq;
• Müsahibələr təşkil etmək və çəkiliş prosesində iştirak etmək;
• Hazırlanan materialları redaksiya tələblərinə uyğun şəkildə təqdim etmək;
• Gündəlik xəbər gündəmini izləmək və aktual mövzular üzrə təkliflər irəli sürmək.
Namizəddən tələblər:
• Ali təhsil;
• Azərbaycan dilində səlis yazılı və şifahi nitq bacarığı (ingilis dili biliyi üstünlükdür);
• Təhsil sahəsi, təhsil siyasəti və təhsil sistemindəki yeniliklər barədə məlumatlı olmaq, bu sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyi;
• Araşdırma aparmaq, məlumatları təhlil etmək və faktları yoxlamaq bacarığı;
• Müsahibə almaq və ünsiyyət qurmaq bacarığı;
• Operativlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
• İş qrafiki: Həftəiçi, saat 09:00–18:00;
• İş yeri: “TƏHSİL” TV-nin ofisi;
• Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən, razılaşma yolu ilə.
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini və varsa, əvvəlki jurnalist materiallarından nümunələri [email protected] ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 5 noyabr