Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin Metodik xidmətin əlaqələndirilməsi şöbəsi aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.

 

Əsas vəzifə öhdəlikləri:

Pedaqogika və metodika sahəsində tədqiqat və analitik araşdırmalar aparmaq;

Metodik işin təşkili üzrə strategiyalar və inkişaf istiqamətləri üzrə təkliflər hazırlamaq;

Metodik vəsaitlərin hazırlanması və tətbiqinə rəhbərlik etmək;

Məqalə, tezis və digər elmi-metodik materialların hazırlanmasında iştirak etmək və ya müəlliflik etmək;

Layihələrin hazırlanması və həyata keçirilməsində iştirak.

Tələblər:

 

Ali pedaqoji təhsil;

Ümumi iş təcrübəsi minimum 3 il, pedaqoji sahədə isə minimum 1 il;

Pedaqoji-metodik sahədə layihələrin idarə olunmasında və ya tədqiqat fəaliyyətində təcrübə üstünlükdür;

MS Office proqramları (xüsusilə Word, Excel, PowerPoint) ilə sərbəst işləmək bacarığı;

Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;

Analitik düşüncə, təşəbbüskarlıq, effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı;

İngilis və ya rus dili bilikləri üstünlük hesab olunur.

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

 

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “aparıcı mütəxəssis” qeyd etməklə 15 iyul 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.