“Təhsil liderləri üçün mini MBA proqramı” layihəsinə start verilir!
Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Təhsil Cəmiyyəti İctimai Birliyi tərəfindən “Təhsil liderləri üçün mini MBA proqramı” layihəsinə start verilir!
Bu proqram məktəb rəhbərləri və təhsil menecerləri üçün sadəcə innovativ təlim deyil – idarəetmədə yeni baxış, liderlikdə yeni mərhələ deməkdir.
Layihə çərçivəsində iştirakçılar:
Müasir təhsil idarəçiliyi
Effektiv qərarvermə mexanizmləri
Komanda idarəçiliyi və motivasiya
Dəyişikliklərin idarə olunması
Strateji planlaşdırma istiqamətləri üzrə bilik və bacarıqlarını inkişaf etdirəcəklər.
Proqramda iştirak üçün Bakı şəhərində yerləşən dövlət ümumtəhsil məktəblərinin direktorları və direktor müavinləri müraciət edə bilərlər.
İştirak seçim əsasında həyata keçiriləcək.
Son müraciət tarixi: 15 mart 2026-cı il
Əlaqə: 055 247 45 35
E-poçt: [email protected]
İdarəetmədə güclü lider olmaq, məktəbinizi daha strateji və effektiv şəkildə inkişaf etdirmək istəyirsinizsə, bu fürsəti qaçırmayın!