APEX Business School komandamıza təhsil proqramlarının satışında təcrübəli, ünsiyyətcil və nəticəyönümlü Satış Meneceri axtarırıq.

 Əsas vəzifələr

Zəng, sosial media və veb-sayt üzərindən daxil olan müraciətləri operativ cavablamaq

Potensial tələbələrə kurs və təhsil proqramları barədə ətraflı məlumat vermək

Tələbə ehtiyaclarını analiz edərək uyğun proqramı təklif etmək

Satış prosesini başdan sona idarə etmək və satışı yekunlaşdırmaq

CRM sistemində müştəri bazasını idarə etmək və məlumatları aktual saxlamaq

Aylıq və rüblük satış hədəflərini yerinə yetirmək

Mövcud və potensial tələbələrlə uzunmüddətli əlaqələr qurmaq

 Namizədə tələblər

Təhsil sahəsində satış üzrə minimum 1–2 il iş təcrübəsi

Ali təhsil

Azərbaycan dilində səlis və düzgün nitq

Satış texnikaları və etirazlarla işləmə bacarığı

Güclü ünsiyyət və təqdimat bacarığı

CRM və MS Office proqramlarında işləmə bacarığı

 

 Müraciət

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Təhsil Sahəsində Satış Meneceri” qeyd etməklə: [email protected] ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.