Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı iyulun 14-dən 25-dək aşağıda qeyd olunan 14 regionda görüşlər təşkil olunacaq.   Regionlar üzrə keçiriləcək görüşlərdə sertifikatlaşdırılma prosesinin təhsilin keyfiyyət göstəricilərinə, təhsilverənlərin karyera inkişafına müsbət təsirləri və digər məsələlər barədə müzakirələr aparılacaq, təhsilverənləri maraqlandıran suallar cavablandırılacaq.   Görüşlərdə iştirak etmək istəyən ibtidai sinif müəllimləri iyul ayının 13-dək aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://docs.google.com/forms/d/13FGyhrdoWQH4wzEH9_XPB4-BkOoNt6s35on0HWJ5L5s/edit  
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.