Vakansiya haqqında

Birbankın Yerində Xidmət bölməsinin müxtəlif metro stansiyalarda xidmət nöqtələrində fəaliyyət göstərəcək, rəqəmsal bank məhsul və xidmətlərini təqdim edəcək, satış üçün yeni müştərilərin cəlb edilməsində aktiv rol alacaq, müştərilərə dəstək göstərəcək və yüksək xidmət keyfiyyəti təmin edəcək əməkdaş axtarışındayıq.

 

 

Tələblər

Tələbə və ya yeni məzunlar;

Yarımştat iş rejiminə uyğunluq;

Satış bacarığı;

Məsuliyyətlilik;

Operativlik;

Qərar qəbul etmə bacarığı;

Kollektivdə işləmə bacarığı;

Müştəriyönümlülük;

Yüksək səviyyədə ünsiyyət bacarığı;

Microsoft Office proqramları üzrə biliklər.

Öhdəliklər

Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün metro stansiyalardakı xidmət nöqtələrində fəaliyyət göstərilməsi;

Bankın kredit və qeyri-kredit məhsullarının təbliğatı məqsədilə müştərilərlə görüşlər keçirilməsi;

Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;

Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi;

Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;

Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması.

Təklif olunanlar

Ekosistem səviyyəsində öyrənmə imkanları

Mentorluq və peşəkar inkişaf

Milyonlarla müştəri üçün real təsir yaratmaq

Dəstəkləyici və açıqfikirli mədəniyyət

Texnologiya və biznesin kəsişməsində karyera imkanı

Rəqabətli əməkhaqqı və bonuslar

Yüksək təminatlı sığorta

Visa Premium əməkhaqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət günləri

 

Haqqımızda

Bir Azərbaycanda gündəlik həyatı daha rahat və əlçatan etmək məqsədilə bankçılıq, ödənişlər, e-ticarət və innovativ rəqəmsal xidmətləri bir araya gətirən Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemidir.

 

Bir ekosistemi Birbank, Birmarket, m10, Milliön və Future Lab kimi əsas brendləri vahid çətir altında birləşdirərək Azərbaycanın maliyyə xidmətləri, rəqəmsal ödənişlər, e-ticarət və innovasiya sahələrinin inkişafında aparıcı rol oynayır.

 

Burada işləmək texnologiya ilə dəyər yaratmaq, milyonlarla insana real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır. Bir ekosistemində ideyalar real məhsullara çevrilir, fərqli biznes və sahələr isə öyrənmək, inkişaf etmək və karyeranı istədiyin istiqamətdə qurmaq üçün geniş fürsətlər yaradır. Müraciət et

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.