Payonix komandasına "Telesatış üzrə mütəxəssis" axtarırıq!

 

 Vəzifə öhdəlikləri:

 BOKT-un potensial və mövcud müştəriləri ilə telefon əlaqəsi yaratmaq və satış zənglərini həyata keçirmək;

Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək, təkrar satış və əlavə kredit məhsulları üzrə təkliflər vermək;

Kredit şərtləri, faiz dərəcələri, müddətlər, komissiyalar və digər şərtlər barədə müştəriləri düzgün məlumatlandırmaq;

Satış nəticələri, zənglərin sayı və digər göstəricilər üzrə hesabatlar hazırlamaq;

Gündəlik zəng və aylıq satış planlarını yerinə yetirmək.

 

 Tələblər:

Ali və ya orta ixtisas təhsili;

Satış, telesatış və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi arzuolunandır;

Güclü ünsiyyət və təqdimat bacarıqları;

Səlis nitq, inandırma və aktiv dinləmə qabiliyyəti;

Kompüter və ofis proqramlarından istifadə bacarığı.

 

 İş şərtləri:

İş rejimi: 09:00–18:00 (həftənin 5 günü) 

Əmək haqqı: Müsahibə əsnasında dəyərləndirilir.

 

 Müraciət qaydası: Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini [email protected]  e-poçt ünvanına göndərmələri xahiş olunur. Məktubun mövzu (subject) hissəsində vakansiyanın adını (Telesatış üzrə mütəxəssis) qeyd etməyi unutmayın.

 

Payonix ailəsinə qoşulun, uğura birlikdə addımlayaq!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.