"Barattson" MMC “Telesatış üzrə operator” vəzifəsinə vakansiya elan edir!

 

Əsas vəzifə öhdəlikləri:

 Telefon vasitəsilə təqdim olunmuş baza əsasında potensial müraciətçilərlə əlaqə saxlamaq və onlara telefon üzərindən satış həyata keçirmək;

 Müraciət edən şəxslərə tədris olunan təlimlər haqqında ətraflı və dəqiq məlumat verərək satışını təşkil etmək;

 Müraciət edən şəxslərin məlumatlarını CRM bazasına daxil etmək;

 Müraciətçilərin müştəriyə çevrilməsi üçün mütəmadi iş aparmaq;

 Şöbə rəhbərinin tapşırıqlarını yerinə yetirmək.

 

Əsas tələblər: 

 Ali təhsil (maliyyə, iqtisadiyyat arzuolunandır);

 Dil bilikləri: azərbaycan dili – səlis, rus və ingilis dillərini bilmək üstünlükdür;

 Satış üzrə təcrübə arzuolunandır.

 

Şəxsi keyfiyyətlər: 

 Xoş ünsiyyətli, gülərüz; 

 Dinləmək qabiliyyəti;

 Səlis nitq qabiliyyəti;

 İnsanları inandırma bacarığı;

 Çevik işləmək bacarığı;

 Nizam-intizam və işinə qarşı məsuliyyətli olmaq.

 

 İş qrafiki: 6 günlük iş həftəsi, (həftəiçi saat 10:00-18:00, şənbə - qısa iş günü 10:00-16:00)

 Əməkhaqqı: 400-450 AZN+ bonus (əməkhaqqı artımı pilləli şəkildədir)

 

 Namizədlərdən CV formalarını [email protected] email ünvanına, mövzu hissəsində mütləq vəzifənin adı “Telesatış üzrə operator” qeyd olunmaqla göndərməkləri xahiş olunur. 

 CV-nin son göndərilmə tarixi: 20 sentyabr 2025-ci il.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.