Barattson MMC “Telesatış üzrə təmsilçi” vəzifəsi üzrə vakansiya elan edir!

 

Əsas vəzifə öhdəlikləri:

* Telefon vasitəsilə təqdim olunmuş baza əsasında potensial müraciətçilərlə əlaqə saxlamaq və onlara telefon üzərindən satış həyata keçirmək;

* Müraciət edən şəxslərə tədris olunan təlimlər haqqında ətraflı və dəqiq məlumat verərək satışını təşkil etmək;

* Müraciət edən şəxslərin məlumatlarını CRM bazasına daxil etmək;

* Müraciətçilərin müştəriyə çevrilməsi üçün mütəmadi iş aparmaq;

* Şöbə rəhbərinin tapşırıqlarını yerinə yetirmək.

 

 Əsas tələblər: 

* Ali təhsil (Maliyyə, iqtisadiyyat mütləqdir);

* Dil bilikləri: Azərbaycan dili – səlis, Rus və İngilis dillərini bilmək üstünlükdür;

* Satış üzrə ən azı 1 il təcrübə mütləqdir.

 

Şəxsi keyfiyyətlər: 

* Xoş ünsiyyətcil, gülərüz; 

* Dinləmək qabiliyyəti;

* Səlis nitq qabiliyyəti;

* İnsanları inandırma bacarığı;

* Çevik işləmək bacarığı;

* Nizam-intizam və işinə qarşı məsuliyyətli olmaq. 

 

Qrafik: 5 günlük iş həftəsi, saat 09:30–18:30;

Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq tərəflər arasında razılaşdırılır.

 

Namizədlərdən CV formaların [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Telesatış üzrə təmsilçi” qeyd olunmaqla göndərməkləri xahiş olunur.

CV-nin son göndərilmə tarixi: 16 may 2026-cı il.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.