Təlim və İnkişaf üzrə Menecer vakansiyası
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Təlim və inkişaf üzrə ümumi strategiyanın hazırlanması və illik planların qurulması.
- Departament rəhbərləri ilə əməkdaşlıq edərək təlim ehtiyaclarının müəyyən edilməsi və prioritetlərin formalaşdırılması;
- Satış komandası üçün məhsul bilikləri, satış texnikaları və müştəri yönümlü davranış bacarıqları üzrə təlimlərin təşkili;
- Servis və texniki heyət üçün istehsalçı standartlarına əsaslanan texniki və diaqnostik təlimlərin koordinasiyası;
- Müştəri xidmətləri komandası üçün ünsiyyət, xidmət keyfiyyəti və şikayətlərin effektiv idarə olunması mövzularında təlimlərin təşkili;
- Yeni əməkdaşlar üçün strukturlu onboarding və adaptasiya proqramlarının hazırlanması və tətbiqi;
- Fərdi inkişaf planlarının (IDP) hazırlanması və tətbiqinə rəhbərlik edilməsi;
- Onlayn təlim platformasının (LMS) idarə edilməsi, rəqəmsal təlim modullarının yaradılması və aktivliyin izlənməsi;
- Təlimlərin nəticələrinin qiymətləndirilməsi üçün effektivlik ölçmə metodikalarının(Kirkpatrick modeli, ROI təhlili və s.) tətbiqini təmin etmək;
- Təlimlərin effektivliyinin qiymətləndirilməsi üçün testlər, sorğular və performans nəticələri əsasında monitorinqin aparılması;
- İllik təlim büdcəsinin planlaşdırılması, icrası və aidiyyəti hesabatların hazırlanması;
- Regional və beynəlxalq təlim imkanlarının araşdırılması və təşkilati strukturda tətbiqi;
- TƏLƏBLƏR:
- Ali təhsil – (İnsan Resursları, Biznesin İdarə Olunması və ya əlaqəli sahələr üzrə)
- Təlim və İnkişaf sahəsində idarəçi kimi minimum 3 il iş təcrübəsi;
- Satış, texniki xidmət və müştəri məmnuniyyəti sahələri üzrə baza biliklər;
- Azərbaycan dili İngilis və Rus dillərini sərbəst bilməli;
- Təlim dizaynı və effektivlik ölçmə metodikaları üzrə biliklər.
- Onboarding və karyera inkişaf sistemlərinin qurulması təcrübəsi.
- MS Office proqramlarında sərbəst işləmək bacarığı, xüsusilə təqdimat hazırlamaq qabiliyyəti;
- LMS və onlayn təlim sistemləri ilə işləmək təcrübəsi;
- Yüksək səviyyəli təqdimat, analitik düşüncə, planlaşdırma və layihə idarəetmə bacarıqları;
Tələblərə cavab verən namizədlərdən öz CV formalarını [email protected] ünvanına göndərməyinizi xahiş edirik. Məktubun mövzu hissəsində “Təlim və İnkişaf üzrə Menecer” qeyd edilməlidir. Sadəcə tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.