Araz Supermarket MMC-də Məhəmmədi ərazisində yerləşən Logistika Ofisimizdə “Təlim və İnkişaf üzrə mütəxəssis (analıq məzuniyyəti əvəzi)” vakansiyası mövcuddur.
Öhdəliklər:
Təlim ehtiyaclarının müəyyənləşdirilməsi və təhlil edilməsi;
Təlim proqramlarının hazırlanması və təşkil edilməsi;
Təlimlərin keçirilməsi prosesinin koordinasiya edilməsi;
Təlim nəticələrinin qiymətləndirilməsi və hesabatların hazırlanması;
Əməkdaşların inkişafına yönəlmiş layihələrin hazırlanması və həyata keçirilməsi;
Təlim və inkişaf proseslərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması.
Tələblər:
İnsan Resursları və ya əlaqəli sahələr üzrə ali təhsilin olması;
Təlim və İnkişaf sahəsində iş təcrübəsinin olması;
Təlim ehtiyaclarının müəyyənləşdirilməsi və təlim proqramlarının hazırlanması üzrə biliklərin olması;
Excel və PowerPoint-dən yaxşı səviyyədə istifadə etməsi;
Analitik düşünmə, təşkilatçılıq və ünsiyyət bacarıqlarının olması.
Maraqlanan namizədlər CV-lərini [email protected] e-poçt ünvanına, mövzu hissəsində “Təlim və İnkişaf üzrə mütəxəssis – Analıq məzuniyyəti əvəzi” qeyd etməklə göndərə bilərlər.