Milla  Dairy LLC -də Təlim və İnkişaf üzrə Təcrübə Proqramı!

 

Milla Corporate Academy olaraq Təlim və İnkişaf şöbəmizdə ödənişsiz təcrübə proqramı elan edirik. 

 

Əgər HR və Təlim & İnkişaf (L&D) sahəsinə marağınız varsa, peşəkar mühitdə praktiki təcrübə qazanmaq və özünüzü inkişaf etdirmək üçün bu fürsətdən yararlana bilərsiniz.

 

 İstiqamət: Təlim və İnkişaf (L&D)

 Servis: Şirkət tərəfindən təmin olunur

 Nahar: Şirkət tərəfindən təmin olunur

 

Təcrübə müddətində iştirakçılar təlimlərin təşkili və koordinasiyası, təlim ehtiyaclarının müəyyənləşdirilməsi, əməkdaşlarla kommunikasiya, təlim proseslərinin izlənilməsi və hesabatların hazırlanması kimi proseslərdə praktiki təcrübə əldə etmək imkanı qazanacaqlar.

 

 Müraciət üçün CV-nizi "Təlim və inkişaf üzrə təcrübəçi" başlığı ilə aşağıdakı e-mail ünvanına göndərə bilərsiniz:

[email protected]

 

Əgər özünüz və ya çevrənizdə bu sahəyə marağı olan, öyrənməyə həvəsli və məsuliyyətli namizəd varsa, elanı onunla paylaşmağınızı xahiş edirəm.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.