Agentliyimizin dəstəyi ilə Avropanın fintex sahəsi üzrə ən aktiv ilkin mərhələ (pre-seed / seed) investoru olan “Tenity” Azərbaycanda inkubasiya proqramı və hakatonlar seriyasına start verir!
2015-ci ildə Zürixdə təsis edilən və hazırda dünyanın 6 aparıcı innovasiya mərkəzində fəaliyyət göstərən “Tenity” əsasən fintex, sığorta texnologiyaları (insurtech), “Web3” və süni intellekt sahələrindəki startaplara dəstək verir.
Bu əməkdaşlıq yerli və qlobal startaplar üçün beynəlxalq təcrübə və investisiya şəbəkələrinə birbaşa çıxış deməkdir.
Fintex sahəsində bir ideyanız və ya startapınız varsa, bu proqramlar sizə Avropanın ən aktiv ilkin mərhələ (pre-seed / seed) sərmayəçisindən mentorluq dəstəyi almaq və mərkəzin qlobal investor şəbəkəsi ilə görüşlər keçirmək üçün unikal imkan yaradır.
Öz fintex ideyanızı qlobal səviyyəyə daşımaq şansını qaçırmayın! Avropanın ən nüfuzlu qlobal innovasiya və investisiya platformasının təcrübəsindən faydalanmaq və layihənizi beynəlxalq investorlara təqdim etmək üçün elə indi müraciət edin.
Qeydiyyat linkləri:
Hakaton 1:
Son müraciət tarixi: 7 Noyabr 2025
İnkubasiya proqramı:
Son müraciət tarixi: 12 Dekabr 2025