Uşaqların ailə mühitində böyüməsinə, inkişafına və rifahına töhfə vermək istəyirsiniz?

 

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının Gəncə şəhər filialı Tərbiyəçi Ana (SOS ANA) vəzifəsinə vakansiya elan edir.

 

 İş yeri: Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 189 

 Yaş həddi: 35–50 yaş 

 Təhsil: Orta ixtisas təhsili. Pedaqoji, psixoloji və sosial sahələr üzrə ali təhsilli namizədlərə üstünlük verilir 

 Təcrübə: Uşaq və ya gənclərlə iş sahəsində minimum 3 il 

 Əmək haqqı: 660 AZN (vergilər daxil) 

 İstirahət: Həftədə 1 gün 

 Əmək məzuniyyəti: 30 gün 

 Son müraciət tarixi: 02 noyabr 2026

 

Tərbiyəçi Ana SOS Uşaq Kəndlərinin Ailə Tipli Qayğı layihəsində uşaqlarla birlikdə ailə mühiti yaradan, onların gündəlik qayğısını, emosional və mənəvi inkişafını, fiziki rifahını, təhsilini və sosial bacarıqlarının formalaşmasını dəstəkləyən əsas şəxslərdən biridir.

 

Namizəddən SOS Uşaq Kəndində uzunmüddətli yaşamağa, uşaqların inkişaf və ehtiyaclarına uyğun qayğı göstərməyə, onların fərdi inkişaf planlarının hazırlanmasına, təhsilinə, asudə vaxtının təşkilinə və müstəqil həyata hazırlığına dəstək verməyə hazır olması gözlənilir.

 

Yüksək kommunikasiya, stress və konfliktlərin idarə olunması, sosial və təşkilati bacarıqlar, komandada işləmək qabiliyyəti, həmçinin uşaq hüquqları və uşaq müdafiəsi sahəsində məlumatlılıq vacib meyarlardandır.

 

 Uyğun namizədlər CV və motivasiya məktublarını “Gəncə SOS Uşaq Kəndi/Tərbiyəçi Ana” mövzu başlığı ilə [email protected]  və [email protected] e-poçt ünvanlarına göndərə bilərlər.

 

Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.