1SOFT MMC komandası olaraq “Tətbiqçi üzrə Təcrübə proqramı”-nı yenidən aktiv etdik!
Təcrübə proqramı ərzində öyrənəcəksən:
-Mentor dəstəyi ilə öyrənmə imkanı
-Şirkətin istifadə etdiyi sistemlərin tətbiqi prosesində iştirak
-Məlumatların toplanması, analiz olunması və sistemlərə düzgün daxil edilməsi
-Texniki tapşırıqların icrasında tətbiqçi komandaya dəstək
-Proqram təminatının test proseslərini müşahidə etmək
-IT və tətbiqetmə sahəsində real iş mühitini yaxından tanımaq
Namizədlər üçün tələblər:
-İlkin Excel bilikləri
-Analitik düşünmə və məntiqi yanaşma bacarığı
-1C haqqında ümumi anlayış (üstünlükdür)
-Öyrənməyə açıq, məsuliyyətli və diqqətli olmaq
-Komanda ilə işləmək bacarığı
Proqram haqqında:
• Müddət: 3 ay
• İş qrafiki: Həftədə 5 iş günü
• Təcrübə proqramı ödənişsizdir
• Proqram müddətində əldə etdiyiniz təcrübə sertifikatla təsdiqlənəcək
Sonuncu kurs tələbələri və yeni məzunlar müraciət edə bilərlər.
Qeyd: Bu proqram iştirakçılara əldə etdikləri nəzəri bilikləri real iş mühitində tətbiq etmək, sahə üzrə praktiki təcrübə qazanmaq və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.
CV-nizi [email protected] ünvanına “Tətbiqçi üzrə Təcrübə proqramı” başlığı ilə göndərə bilərsiniz.