Komandamıza Texnoloq Təcrübəçi axtarırıq!
Əsas vəzifə və öhdəliklər:
• İstehsalat proseslərinin izlənilməsi və nəzarətdə iştirak;
• Məhsul hazırlanma mərhələlərinin texnoloji standartlara uyğunluğunun yoxlanılması;
• Gigiyena və sanitariya qaydalarına əməl olunmasına dəstək;
• Məhsul keyfiyyətinin gündəlik izlənilməsi və hesabatlandırılması;
• Texnoloq və istehsalat komandası ilə koordinasiyalı işləmək;
• Şöbənin gündəlik əməliyyat fəaliyyətlərinə dəstək.
Tələblər:
• Qida texnologiyası və ya əlaqəli sahələr üzrə ali təhsil;
• Sahə üzrə karyera qurmaq istəyi və yüksək motivasiya;
• Məsuliyyətli, diqqətli və öyrənməyə açıq olmaq;
• MS Office proqramları üzrə baza bilikləri;
• Analitik düşüncə və komandada işləmə bacarığı.
Təklif edirik:
• Qida istehsalı sahəsində praktik və real iş təcrübəsi;
• Peşəkar inkişaf və mentor dəstəyi;
• Təcrübə müddətinin sonunda daimi iş imkanı;
• Karyera inkişafı üçün stabil və dəstəkləyici mühit;
• İş qrafiki: 08:00-17:00;
• İş yeri: Ağ Şəhər
• Nahar və yol xərci qarşılanır;
• Təcrübə müddəti – 2 ay.
Tələblərə cavab verən namizədlərdən məktubun mövzu (subject) hissəsində Texnoloq-təcrübəçi qeyd edərək CV formalarını [email protected] ünvanına göndərmələri xahiş olunur.