PMD Projects MMC " Tikinti xərcləri üzrə aparıcı nəzarətçi " vakansiyasını elan edir. Vəzifə öhdəlikləri: - Zərurət yarandıqda layihə qiymətlərinin təhlili; - Müqavilə dəyərlərinin təhlili zamanı dəyərləndirmə komandasına köməklik etmək; - Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin ölçülməsi və təhlili; - Layihənin tələblərinə uyğun olaraq, tender/sorğu sənədlərində qeyd edilən iş həcmlərinin yoxlanılması; - Podratçıların təqdim etdiyi ehtimal olunan qiymətlərin yoxlanılması və təhlili; - İddiaların (tələblərin) təhlili, əsas səbəblərinin araşdırılması və hesabatlarların rəhbərliyə təqdim edilməsi; - Layihənin tələblərinə uyğun olaraq, ilkin, aralıq və yekun ödəniş sənədlərinin, dəyişiklik proseduru sənədlərinin, irəliləyiş hesabatlarının birbaşa rəhbəri ilə bərabər yoxlanılması; - Podratçılar tərəfindən hazırlanmış maliyyə nəzarəti hesabatlarının yoxlanılması; - Layihələrin maliyyə axınla
rının hazırlanması və rəhbərliyə təqdim edilməsi; - Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrası; - Tender/sorğu öncəsi ehtimal dəyərlərin hazırlanması; - Tender/sorğu zamanı maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması; - Maliyyə planlarının qaydalara uyğun olaraq hazırlanması və mərhələli şəkildə yenilənməsi. Tələblər: - Ali təhsil: "İnşaat mühəndisi" ixtisası üzrə bakalavr dərəcəsi; - İş təcrübəsi: Oxşar vəzifədə azı 4 il iş təcrübəsi. Mülki tikinti sahəsində iş təcrübəsi arzuolunandır; - Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı; - Kompüter bacarıqları: MS Office, Autocad; Maraqlanan şəxslərdən CV - lərini vəzifə adı göstərilməklə[email protected]ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.