TikToker (Kontent yaradıcısı) vakansiyası
SUPERTOYS LLC komandamıza yaradıcı, kamera qarşısında sərbəst çıxış edə bilən və TikTok platformasında aktiv kontent yarada biləcək TikToker (Kontent yaradıcısı)
Vəzifə öhdəlikləri:
• TikTok üçün gündəlik kontent videolarının hazırlanması və çəkilişində iştirak etmək;
• Kamera qarşısında məhsulların və kampaniyaların təqdimatını etmək;
• Trend olan TikTok formatlarını izləmək və uyğun kontent yaratmaq;
• Kreativ video ideyalarının hazırlanmasında iştirak etmək;
• Şirkət məhsullarını cəlbedici və satış yönümlü formada təqdim etmək;
• TikTok canlı yayımlarında iştirak etmək və məhsul təqdimatı etmək;
• Video çəkiliş prosesində komanda ilə əməkdaşlıq etmək;
• Paylaşılan kontentlər üçün performansın artırılmasına dəstək vermək.
Tələblər:
• Yaş: 18-28 bəylər
• Kamera qarşısında sərbəst və inamlı çıxış bacarığı;
• TikTok trendləri və qısa video formatları haqqında anlayış;
• Kreativ düşüncə və improvizasiya bacarığı;
• Aktiv, enerjili və kommunikativ olmaq;
• Satış yönümlü təqdimat bacarığı;
• Canlı yayımların aparılması
• Azərbaycan dilində sərbəst ünsiyyət (rus dili üstünlükdür).
Üstünlükdür:
• TikTok və ya Instagram Reels kontent təcrübəsi;
• Portfolio
• CapCut və ya digər montaj proqram biliyi;
• Influencer və ya creator təcrübəsi;
• Canlı yayım (TikTok Live) təcrübəsi;
• Uşaq məhsulları və ya pərakəndə sahədə təcrübə.
Təklif edilən şərtlər:
• İş qrafiki: Tam iş günü
• AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
• Karyerada yüksəlmək imkanı
*Bu sahədə təcrübəsi olmayan, lakin özündə potensial və öyrənmə həvəsi görən namizədlər də müraciət edə bilərlər.
Müraciət qaydası:
Mövzu hissəsində “TikToker (Kontent yaradıcısı)” qeyd edərək şəkilli CV-nizi [email protected] ünvanına göndərin.

