Türkiyə-Azərbaycan Universitetində fəhlə vəzifəsinə vakansiya elan edilir
Türkiyə-Azərbaycan Universitetində (TAU) inzibati və texniki işlərin icrası üçün fəhlə vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
Fiziki cəhətdən sağlam və işləməyə yararlı;
İntizamlı və məsuliyyətli;
Komandada işləmə bacarığı;
Oxşar sahədə təcrübə arzuolunandır.
Öhdəliklər:
Universitet ərazisində gündəlik texniki və fiziki işlərin yerinə yetirilməsi;
Təmizlik və səliqənin qorunmasına dəstək;
Yüklərin daşınması və yerləşdirilməsi;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
İş şəraiti:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş saatı: 09:00 – 18:00;
Əmək haqqı: müsahibə əsasında müəyyən olunur.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə, öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 31.03.2026