Türkiyə-Azərbaycan Universitetində müəllim vəzifəsinə vakansiya elan edilir

 

Türkiyə-Azərbaycan Universitetində (TAU) İngilis dili hazırlıq proqramlarında dərs keçmək üçün müəllim vəzifəsinə vakansiya elan edilir.

 

Tələblər:

Ali təhsil (ingilis dili müəllimliyi, ingilis dili filologiyası, ingilis dili üzrə tərcüməçilik, İngilis dili və ədəbiyyatı ixtisaslarında magistr dərəcəsi);

İngilis dilinin tədrisi üzrə minimum 2 (iki) - 5 (beş) il pedaqoji təcrübə;

Beynəlxalq dil sertifikatına (CELTA, TESOL, TOEFL) malik olmaq;

ODTÜ Hazırlıq proqramına uyğun dərslərdə peşəkar çeviklik;

İngilis dilində motivasiya məktubu;

İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;

Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;

Yüksək kommunikasiya və tədqiqatçılıq bacarıqları.

 

Dil və təlim sertifikatı üzrə tələblər:

TOEFL imtahanından minimum 100/120 bal 

CELTA və ya TESOL sertifikatı üzrə uğurlu nəticə (Pass, Pass B və ya Pass A kimi nəticələr qəbul edilir) 

 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə, öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

 

Müraciət üçün son tarix: 21.05.2026

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.