Türkiyə-Azərbaycan Universitetində (TAU) İnsan resursları üzrə menecer vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
· Ali təhsil (idarəetmə, insan resursları, biznes idarəçiliyi və ya əlaqədar sahə üzrə);
· İnsan resursları sahəsində minimum 3 il, rəhbər vəzifədə isə ən azı 1 il iş təcrübəsi (əcnəbilərlə işləmə təcrübəsi, təhsil və ya dövlət sektorunda təcrübə üstünlükdür);
· Ofis proqramlarında, xüsusilə Excel və HR proqram təminatlarında işləmə bacarığı;
· Azərbaycan Respublikası Əmək Məcəlləsi, Miqrasiya Məcəlləsi və digər müvafiq qanunvericilik üzrə bilikləri;
· Elektron Hökümət Portalları ilə işləmə bacarığı;
· Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı (Türkiyə türkcəsi və ingilis dili bilikləri üstünlükdür);
· Güclü təşkilatçılıq, kommunikasiya bacarıqları;
· Komandada işləmək bacarığı;
· Analitik düşünmə və problemləri həll etmə bacarıqları.
Öhdəliklər:
· İnsan resursları strategiyası üzrə fəaliyyətləri həyata keçirmək;
· Əcnəbilərin qanunvericiliyə uyğun işə qəbulu və adaptasiya proseslərini idarə etmək;
· Əmək və Miqrasiya qanunvericiliyinə və universitetin daxili qaydalarına uyğun sənədləşmə proseslərini həyata keçirmək;
· İnsan resursları üzrə siyasət və prosedurların hazırlanması, yenilənməsi və tətbiqini təmin etmək;
· Əməkdaşlar arasında effektiv kommunikasiya mühitini formalaşdırmaq;
· İR üzrə hesabatları hazırlamaq, kadr məlumat bazasının idarə etmək;
· Universitetin kadr ehtiyaclarının müəyyənləşdirilməsi və müəllimlərin yetişdirilməsi prosesini təşkil etmək.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə, öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 30.11.2025