Türkiyə-Azərbaycan Universitetində (TAU) usta-elektrik vəzifəsi üzrə vakansiya elan olunur.

 

Tələblər:

· Elektrik və təmir-tikinti sahəsi üzrə peşə və ya orta ixtisas təhsili;

· Müvafiq sahələrdə (elektrik və təmir-tikinti işlərində) ən azı 2-3 il iş təcrübəsi;

· Elektrik sxemlərini oxumaq və müxtəlif alətlərlə işləmək bacarığı;

· Təhlükəsizlik qaydalarına dair biliklər (4-cü və ya 5-ci dərəcəli elektrik vəsiqəsi üstünlükdür);

· Yanğın təhlükəsizliyi qaydaları üzrə biliklərə malik olmaq;

· Fövqəladə hallarda operativ və düzgün qərar vermək bacarığı;

· Məsuliyyətli, intizamlı və operativ olmaq;

· Komandada işləmə və əməkdaşlıq bacarığı. 

 

Öhdəliklər:

· Universitet kampusunda elektrik avadanlıqlarının və şəbəkənin fasiləsiz işləməsini təmin etmək;

· Elektrik avadanlıqlarında və naqillərdə nasazlıqları aşkarlamaq və aradan qaldırmaq;

· Təmir-tikinti işlərində (bərpa və digər texniki işlər) iştirak etmək və dəstək göstərmək;

· Elektrik xətlərinin və təmir-tikinti işlərinin təhlükəsizlik qaydalarına uyğun aparılmasını təmin etmək;

· Yanğın təhlükəsizliyi avadanlıqlarına nəzarət etmək, onların işlək vəziyyətdə saxlanılmasını təmin etmək;

· Yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və fövqəladə hallarda adekvat tədbirlər görmək;

· Texniki baxış və profilaktik işləri planlı şəkildə həyata keçirmək. 

 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

 

Müraciət üçün son tarix: 30.09.2025

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.