Türkiyə-Azərbaycan Universitetində xadimə vəzifəsinə vakansiya elan edilir

 

Türkiyə-Azərbaycan Universitetində (TAU) inzibati binanın və tədris mühitinin təmizliyinin təmin edilməsi məqsədilə xadimə vəzifəsinə vakansiya elan edilir.

 

Tələblər:

Orta təhsil;

Müvafiq iş təcrübəsi arzuolunandır;

Məsuliyyətli, intizamlı və səliqəli olmaq;

Komandada işləmək bacarığına malik olmaq.

 

Vəzifə öhdəlikləri: 

İnzibati və tədris otaqlarının, dəhlizlərin və sanitar qovşaqlarının gündəlik təmizliyini təmin etmək;

Döşəmə, mebel və avadanlıqların təmiz saxlanılmasını həyata keçirmək;

Tullantıları vaxtında toplamaq və aidiyyəti üzrə daşımaq;

Təmizlik vasitələrindən düzgün istifadə etmək;

Reklam

Sanitariya, gigiyena və təhlükəsizlik qaydalarına riayət etmək;

Rəhbərliyin vəzifəyə uyğun digər tapşırıqlarını icra etmək.

 

İş şəraiti:

İş qrafiki: 5 günlük iş həftəsi;

İş saatı: 09:00 – 18:00;

Əmək haqqı: müsahibə əsasında müəyyən olunur.

 

 Müraciət qaydası:

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə, öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

 

Müraciət üçün son tarix: 15.08.2026

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.