Türkiyə-Azərbaycan Universitetinə katib vəzifəsinə vakansiya elan olunur

 

Türkiyə-Azərbaycan Universitetinə (TAU) katib vəzifəsinə ünsiyyət bacarıqlarına malik, planlaşdırma və təşkilatçılıq işlərində təcrübəli əməkdaş axtarılır.

 

Tələblər:

· Təhsil: Ali;

· Minimum 2 il iş təcrübəsi (Müvafiq sahə və ya təhsil sahəsi üzrə);

· Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;

· Dil biliyi: İngilis və türk dilləri (sərbəst yazılı və şifahi ünsiyyət qurmaq bacarığı);

· Kompüter bilikləri: MS Office proqramları üzrə sərbəst işləmək bacarığı;

· “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları, ölkənin strateji inkişaf prioritetləri və qanunvericilik bazası, Bolonya prosesi haqqında biliklər;

· Hüquqi sənədlərlə iş;

· İdarəetmə və koordinasiya bacarıqları.

 

Vəzifə və öhdəliklər:

· Prorektorun iştirak edəcəyi iclas və tədbirlər üçün hazırlıqlar aparmaq, lazımi məlumatları və koordinasiyanı təmin etmək;

· Universitet daxilində və xaricində rəsmi yazışmaları hazırlamaq və nəzarət etmək;

· Prorektorun qəbuluna gələn qonaqları qarşılamaq və istiqamətləndirmək;

· Məxfilik prinsiplərinə uyğun olaraq idarəetmə ilə bağlı xüsusi məlumatların qorunmasını təmin etmək.

 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

 

Müraciət üçün son tarix: 15.09.2025

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.