Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ümumtəhsil fənlərinin tədrisinin səmərəli təşkili, tədris keyfiyyətinin yüksəldilməsi və müəllimlərin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Ümumtəhsil fənləri üzrə tədris hissə müdiri vəzifəsinə peşəkar, məsuliyyətli və təşəbbüskar namizədi işə dəvət edir.
Vəzifələr
Ümumtəhsil fənləri üzrə tədris prosesini planlaşdırmaq, təşkil etmək və əlaqələndirmək;
Tədris planları, fənn proqramları və illik iş planlarının icrasına nəzarət etmək;
Dərs cədvəllərini və müəllimlərin dərs yükünü hazırlamaq və tədris prosesinin fasiləsizliyini təmin etmək;
Müəllimlərin fəaliyyətini izləmək, dərs müşahidələri aparmaq və nəticələr üzrə inkişaf tövsiyələri vermək;
Tədrisin keyfiyyətini, təhsilalanların davamiyyətini və akademik nəticələrini mütəmadi təhlil etmək;
Qiymətləndirmə, imtahan və monitorinq proseslərini təşkil etmək;
Jurnallarının və digər tədris sənədlərinin düzgün və vaxtında aparılmasına nəzarət etmək;
Əvəzləyici dərsləri təşkil etmək və dərs itkilərinin qarşısını almaq;
Fənn müəllimlərinin metodiki fəaliyyətini əlaqələndirmək, iclas və müzakirələr təşkil etmək;
Tədris materiallarının, metodiki vəsaitlərin və rəqəmsal resursların hazırlanmasını təşviq etmək;
Müəllimlərin peşəkar inkişaf ehtiyaclarını müəyyənləşdirmək və müvafiq təlimlərin təşkilində iştirak etmək;
Tədris nəticələri və müəyyən edilmiş göstəricilər üzrə dövri hesabatlar hazırlamaq;
Təhsilalanlar, müəllimlər, valideynlər və rəhbərlik arasında səmərəli əməkdaşlığı təmin etmək;
Tədris prosesi ilə bağlı rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər
Müvafiq istiqamət üzrə ali pedaqoji təhsil;
Təhsil sahəsində minimum 5 il iş təcrübəsi;
Tədrisin təşkili, metodiki fəaliyyət və ya idarəetmə üzrə təcrübə;
Ümumtəhsil proqramları, kurikulum və qiymətləndirmə mexanizmlərini bilməlidir;
Təhsil sahəsini tənzimləyən normativ sənədlərlə işləmək bacarığı;
Dərs cədvəlinin, müəllim yükünün və tədris hesabatlarının hazırlanması bacarığı;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.
Magistr dərəcəsi, rəhbər və ya əlaqələndirici vəzifədə iş təcrübəsi əlavə üstünlük hesab olunur.
İş şəraiti
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;
Tam iş günü və beşgünlük iş həftəsi;
Peşəkar inkişaf və təlim imkanları;
Müasir və əməkdaşlığa əsaslanan iş mühiti;
Maraqlanan namizədlər mövzu hissəsində “Ümumtəhsil fənləri üzrə tədris hissə müdiri” qeyd etməklə CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 30 oktyabr 2026-cı il.