UNEC Biznes Məktəbinin MBA proqramı üzrə aşağıda qeyd olunan fənlərin tədrisi üçün müəllimlər tələb olunur:
- Biznes və iqtisadiyyat üçün statistika (Statistics for Business and Economics)
- Menecment iqtisadiyyatı (Managerial Economics)
Namizədlərdən magistr dərəcəsinə və müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsinə və ya fəlsəfə doktoru elmi dərəcəsinə malik olmaları tələb olunur.
Maraqlanan namizədlərdən CV-lərini e-poçtun mövzu hissəsində müraciət etdikləri fənnin adını qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Tədris Azərbaycan, ingilis və rus dillərində aparılır. Müvafiq sahə üzrə sertifikat və diplomlara malik namizədlərə üstünlük verilir. İngilis bölməsində tədris aparmaq istəyən namizədlərdən müvafiq IELTS və ya TOEFL dil sertifikatına malik olmaları tələb olunur (İngilis dilində ali təhsil almış namizədlərdən dil sertifikatı tələb edilmir)