Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi qrant müsabiqəsində qalib olmuş “Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində təşkil olunan Mədəniyyət Gecəsinə dəvətlisiniz!
Layihə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən həyata keçirilir və Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin araşdırılması, qorunması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır. Tədbir çərçivəsində hazırlanmış videoçarxlar təqdim olunacaq, milli kimliyimizi və mədəni yaddaşımızı əks etdirən dəyərli materiallar ictimaiyyətə çatdırılacaq.
Tədbirin məqsədi Qərbi Azərbaycanın mədəni irsini tanıtmaq, gənc nəslin tariximizə marağını artırmaq və milli dəyərlərimizin qorunmasına töhfə verməkdir.
Məkan: Qərbi Azərbaycan İcmasının İnzibati binası
Tarix: 25 may 2026-cı il
Saat: 15:00
Qeydiyyat linki: LİNK