Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə “Urban Hackathon 2026” Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu keçirilir.

WUF13-ə gedən yolda, Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində təşkil olunan hakaton şəhər mobilliyi sahəsində mövcud problemlərə gənclərin innovativ və tətbiq edilə bilən həllər hazırlamasına yönəlib. Tədbir iştirakçılara komanda işi mühitində real urban çağırışlar üzərində işləmək imkanı yaradacaq.

Hakatonda ümumilikdə 150 iştirakçı fəaliyyət göstərəcək. Komandalar multidisiplinar prinsip əsasında formalaşdırılmalı və hər komanda maksimum 5 nəfər iştirakçıdan ibarət olmalıdır.

Qeyd: Müraciət yalnız komanda formatında qəbul olunur. Komandalar artıq hazır layihələri ilə də müraciət edə bilərlər.

Məkan: Quba şəhəri

Tarix: 13–15 mart

Komanda şəklində müraciət üçün qeydiyyat linki:

Müraciət et

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.