“Uşaqlarla sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı” vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan “Uşaqlarla sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı” vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir. Müsabiqə 4 mərhələdən (qeydiyyat və sənədlərin yoxlanılması, test imtahanı, müsahibə və vakant yerlərin seçimi) ibarətdir.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 07 yanvar 2026 - cı il , saat 18:00 tarixindən 15 yanvar 2026-cı il, saat 18:00-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki:
Vakansiya üzrə müraciət etmiş və keçid balını toplamış bütün namizədlər müsahibə mərhələsinə dəvət olunacaqdır. Müsahibədə uğur qazanmış və ən yüksək test balına malik olan namizəd vakant yerə təyin olunacaqdır. Digər namizədlər isə növbəti müsabiqənin müsahibə mərhələsinədək ehtiyat kadrlar siyahısına daxil ediləcəkdir.
Qeydiyyat başa çatdıqdan sonra müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcəkdir.