“V Şəbəkələşmə Forumu” keçiriləcək

 

Hörmətli müəllimlər, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 20–21 dekabr 2025-ci il tarixlərində “V Şəbəkələşmə Forumu” keçiriləcək.

 

 İki gün davam edəcək forumda gənc müəllimlər üçün aşağıdakı mövzularda sessiyalar təşkil olunacaq: 

 

İstedadlı uşaqlarla işin təşkili; 

Media savadlılığı; 

Maliyyə savadlılığı; 

Rəqəmsal savadlılıq; 

Süni intellektin tədrisdə tətbiqi.

 

“V Şəbəkələşmə Forumu”nun əsas məqsədi gənc müəllimlər arasında qarşılıqlı əlaqəni gücləndirmək, onların peşəkar inkişafına dəstək olmaq və müasir tədris tələblərinə uyğun bilik və bacarıqlarını artırmaqdır. Forum müəllimlərə həm nəzəri, həm də praktiki təcrübə qazanmaq imkanı yaradaraq onların təhsildə yenilikçi yanaşmalarla tanış olmasına şərait yaradacaq.

 

 Tarix: 20–21 dekabr 2025

 Məkan: Xaçmaz rayonu, Nabran qəsəbəsi, “Təhsil” istirahət mərkəzi

Son qeydiyyat tarixi: 12.12.2025. saat 14:00

Qeydiyyat linki: https://forms.gle/HpgzJhpsvjcwA1s6A

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.