AMAZON BAKU SCHOOL KOMANDASINA QOŞUL!
Vakansiya: Amazon Təlimçi
Amazon sahəsində peşəkar karyera qurmaq və biliklərini başqaları ilə bölüşmək istəyirsən? O zaman səni komandamıza dəvət edirik!
Amazon Baku School komandamızı genişləndirir və Amazon sahəsində fəaliyyət göstərəcək, gələcəkdə təlimlər keçirə biləcək əməkdaş axtarır.
Səni nə gözləyir?
Amazon FBA və FBM üzrə praktiki biliklərin tətbiqi
Amazon satış və mağaza idarəetmə proseslərinin öyrədilməsi
Təlimlərin hazırlanması və keçirilməsi
Tələbələrlə işləmək və onların inkişafına dəstək olmaq
Peşəkar komandada fəaliyyət və karyera yüksəlişi
Davamlı inkişaf və yeni biliklərin əldə edilməsi
Namizədə tələblər:
Amazon və E-commerce sahəsində bilik və təcrübə
Amazon FBA və FBM sistemlərini bilmək
Güclü ünsiyyət və təqdimat bacarıqları
Təlim keçmək və biliklərini paylaşmaq həvəsi
Məsuliyyətlilik və təşəbbüskarlıq
Komanda ilə işləmək bacarığı
Əməkhaqqı və bonuslar:
Aylıq sabit əməkhaqqı: 500 AZN
Keçirilən təlimlərə və nəticələrə əsasən əlavə bonuslar
Performansa uyğun əlavə qazanc imkanları
Karyera perspektivi:
Uğurlu fəaliyyət göstərən əməkdaşlar üçün peşəkar inkişaf, daha yüksək gəlir və Amazon Baku School daxilində karyera yüksəlişi imkanları mövcuddur.
Qeyd: Sadəcə bu sahədə təcrübəsi olanlar CV göndərsin zəhmət olmasa
Müraciət üçün CV-nizi [email protected] ünvanına göndərin.