Vakansiya - Böyük Laborant (İnformasiya Texnologiyaları Kafedrası)
Bakı Ali Neft Məktəbi (BANM/BHOS) İnformasiya Texnologiyaları kafedrasında Böyük Laborant vəzifəsi üzrə vakansiya elan edir. Bu vəzifə tədris laboratoriyalarının fəaliyyətinin təşkili, laboratoriya məşğələlərinin dəstəklənməsi və kafedranın tədris prosesinə texniki dəstəyin göstərilməsini əhatə edir.
Əsas vəzifələr
Laboratoriya və praktiki məşğələlər zamanı müəllimlərə texniki kömək göstərmək;
Laboratoriya dərslərinin cədvəllərinin koordinasiyasında iştirak etmək və məşğələlərin keçirilməsinə nəzarət etmək;
Tədris sənədlərinin hazırlanması və idarə olunmasında iştirak etmək;
Tədris və metodik materialların nəşrə hazırlanmasına dəstək vermək;
Kafedranın tədris, elmi və təşkilati fəaliyyətlərində fəal iştirak etmək
Tələblər
• Kompüter elmləri, informasiya texnologiyaları, kompüter mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
• Məsuliyyətlilik, təşkilatçılıq və komanda ilə işləmək bacarığı;
• Microsoft Office proqramlarından istifadə bacarığı;
• Azərbaycan dili biliyi, ingilis dili biliyi.
İş yeri: Bakı Ali Neft Məktəbi, İnformasiya Texnologiyaları kafedrası.
Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına mövzunu “Böyük laborant” yazmaqla göndərə bilərlər.