Vakansiya: İnsan Resursları üzrə aparıcı mütəxəssis

Bakı şəhərində İnsan Resursları üzrə aparıcı mütəxəssis vakansiyası elan olunur. HR sənədləşməsi, kadr uçotu, əmək münasibətləri və iş vaxtının uçotu sahəsində praktiki təcrübəsi olan namizədlərin müraciətləri gözlənilir.

 

İş şəraiti

İş yeri: Bakı şəhəri, Nəriman Nərimanov heykəlinin yanı

İş qrafiki: 6 günlük iş həftəsi

Əməkhaqqı: Razılaşma yolu ilə

 

Vəzifə öhdəlikləri

İşə qəbul, adaptasiya (onboarding), rotasiya, vəzifə dəyişikliyi və işdən çıxarılma proseslərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun həyata keçirilməsi;

ƏMAS sistemində əmək müqavilələrinin yaradılması, dəyişdirilməsi və xitam proseslərinin icrası;

İşçilərin şəxsi işlərinin formalaşdırılması, kadr sənədlərinin və müvafiq əmrlərin hazırlanması və uçotunun aparılması;

İllik məzuniyyət qrafikinin hazırlanması, məzuniyyətlərin planlaşdırılması və uçotunun aparılması;

İşçilərin davamiyyət məlumatlarının yoxlanılması və aylıq tabelin hazırlanması, hesablanması və düzgünlüyünün təmin edilməsi;

İş vaxtından artıq saatların, gecikmələrin və digər davamiyyət göstəricilərinin hesablanması, müvafiq hesabatların hazırlanması;

Əmək münasibətləri ilə bağlı sənədlərin qanunvericiliyə uyğun hazırlanması və daxili intizam qaydalarına riayət olunmasına nəzarət;

Struktur bölmələri üzrə vəzifə təlimatlarının hazırlanması, yenilənməsi və sistemləşdirilməsi;

İşçi sayı, kadr axını, davamiyyət, məzuniyyət və digər HR göstəriciləri üzrə hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;

İşçilərin bank kartlarının sifarişi, icbari sığorta proseslərinin təşkili, tibbi arayışların və digər sənədlərin yenilənməsinə nəzarət.

 

Namizədə tələblər

Təhsil: İnsan Resurslarının İdarə Edilməsi, İqtisadiyyat, Hüquq, İdarəetmə və ya əlaqəli sahələr üzrə ali təhsil;

İş təcrübəsi: HR və ya kadr inzibatçılığı sahəsində minimum 2–3 il iş təcrübəsi;

Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək və praktiki tətbiq etmək bacarığı;

ƏMAS, 1C Kadr və Əməkhaqqı / 1C ERP və İSB sistemləri ilə işləmək bacarığı;

Excel proqramında sərbəst işləmək və əməkdaşların aylıq tabelini müstəqil şəkildə hazırlamaq bacarığı;

Əməkhaqqı hesablanması üçün zəruri davamiyyət məlumatlarını yoxlamaq və sistemləşdirmək bacarığı;

Kadr sənədləşməsi və hesabatların hazırlanması üzrə praktiki təcrübə;

Diqqətlilik, məsuliyyətlilik, analitik düşünmə və təşkilatçılıq bacarıqları.

 

Müraciət qaydası

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə aparıcı mütəxəssis” qeyd etməklə [email protected]  elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.