Vakansiya: İnsan Resursları üzrə mütəxəssis
Əsas vəzifə öhdəlikləri:
Əmək qanunvericiliyinə uyğun işə qəbul, işdən azad edilmə, əmək müqavilələrinin hazırlanması və elektron sistemdə rəsmiləşdirilməsi;
İşə qəbul, xitam, məzuniyyət, ezamiyyət və digər kadr əmrlərinin hazırlanması;
İşçilərin şəxsi işlərinin aparılması, kadr sənədlərinin qeydiyyatı və yenilənməsi;
Dövlət Statistika və digər müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;
Əməkhaqqı, bonus və dərəcələndirmə sistemlərinin hazırlanmasında iştirak;
Vəzifə təlimatlarının və təşkilati strukturun sənədləşdirilməsi;
Əmək müqavilələrinə xitam, son haqq-hesabın aparılması və əmək kitabçalarının təqdim edilməsi;
İşə qəbul prosesinin, namizədlərin seçiminin və ilkin müsahibələrin təşkili;
Yeni əməkdaşların adaptasiyası və sınaq müddətlərinə nəzarət;
Aylıq iş vaxtı tabelinin hazırlanması və maliyyə şöbəsinə təqdim edilməsi;
Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması.
Namizədə olan tələblər:
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Ali təhsil (İnsan Resursları sahəsində olması üstünlükdür);
Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər;
Əmək münasibətləri və məşğulluq altsistemində işləmək bacarığı;
Microsoft Office (Word, Excel) və 1C proqramlarında sərbəst işləmək;
Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək, ingilis dili biliyi arzuolunandır.
Şirkət: ALMEP ENGİNEERİNG GROUP MMC
İş yeri: Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova 2
İş rejimi: 5 günlük
“CV”-lərinizi [email protected] elektron poçt ünvanına mövzu yerində "İR üzrə mütəxəssis" başlığı yazmaqla göndərməyiniz xahiş olunur.