Vakansiya: Xaricdə Təhsil Məsləhətçi – Satış Meneceri

 

UniDream xaricdə təhsil sahəsində fəaliyyət göstərən peşəkar konsultasiya şirkətidir. Komandamızı gücləndirmək üçün aktiv, ünsiyyətcil və satış bacarığı olan mütəxəssis axtarırıq.

 

 Vəzifə öhdəlikləri:

- Xaricdə təhsil almaq istəyən müraciətçilərə peşəkar konsultasiya verilməsi

- Müştərilərlə aktiv satış və danışıqların aparılması

- Daxil olan müraciətlərin işlənməsi (ofis və onlayn)

- Müştərilərin düzgün proqram və ölkə seçiminə yönləndirilməsi

- Satış planının icrası və nəticələrin artırılması

 

 Namizədə tələblər:

- Yaş: 24+

- Azərbaycan və rus dillərində səlis danışıq, ingilis dili biliyi (üstünlükdür)

- Güclü ünsiyyət və satış bacarıqları

- Müştəriyönümlü yanaşma və məsuliyyətlilik

- Xaricdə təhsil sahəsində təcrübə arzuolunandır

 

 Biz nə təklif edirik:

- 800 AZN fix əmək haqqı + satış bonusları

- Karyera yüksəlişi imkanı

- Peşəkar və dinamik komanda

- Stabil və uzunmüddətli əməkdaşlıq

- Real satışdan real qazanc 

 

 Maraqlanan namizədlər CV-lərini göndərə bilərlər.

Email: [email protected]

Email mövzusunda: “Məsləhətçi - Satış Meneceri”

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.