Vakansiya: Varco Avadanlıqlarının İnspeksiyası üzrə Təlimçi
İş formatı: Ştatdankənar (Freelance)
Müqavilə növü: Xidmət müqaviləsi
Təlim formatı: Nəzəri və praktiki (ərazi və ya sinif şəraitində)
Ödəniş: 1 təlim gününün ödənişi demo dərsin nəticələrinə əsasən müəyyən edilir
Vəzifənin təsviri:
Təlimçi Varco avadanlıqlarının inspeksiyası üzrə peşəkar təlim proqramının hazırlanması və keçirilməsinə cavabdeh olacaqdır. Təlimlər nəzəri biliklərlə yanaşı praktik yoxlama məşğələlərini də əhatə etməlidir.
Təlim mövzuları:
Təlim aşağıdakı istiqamətləri əhatə etməlidir:
Varco avadanlıqları haqqında ümumi məlumat
Təhlükəsizlik və əməyin mühafizəsi qaydaları
Varco avadanlıqlarının əsas növləri
İnspeksiya növləri və mərhələləri
Vizual və funksional yoxlama üsulları
Tipik nasazlıqların və qüsurların müəyyən edilməsi
Beynəlxalq və yerli standart və prosedurlara uyğunluq
İnspeksiya sənədlərinin düzgün doldurulması
Praktiki yoxlama məşğələlərinin təşkili və aparılması
Namizədə tələblər:
Avadanlıqların inspeksiyası, texniki baxışı və texniki təhlükəsizlik sahəsində biliklər
API, ISO, IADC və oxşar beynəlxalq standartlar üzrə anlayış
Təlimçilik və ya texniki biliklərin ötürülməsi üzrə təcrübə üstünlükdür
Analitik düşüncə və praktik yanaşma bacarığı
Azərbaycan dilində səlis izah bacarığı (rus və ingilis dili üstünlükdür)
Sahə üzrə təlimçilik təcrübəsi (üstünlük)
İş şərtləri:
Ştatdankənar, layihə əsaslı əməkdaşlıq
Xidmət müqaviləsi əsasında iş
Təlim qrafiki qarşılıqlı razılaşma ilə müəyyən edilir
Demo dərs keçirilir və nəticəyə əsasən 1 təlim gününün ödəniş məbləği razılaşdırılır
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini [email protected]
elektron ünvanına göndərməlidirlər.
E-mail-in mövzu (subject) hissəsində təlimin adı qeyd olunmalıdır: “Varco Avadanlıqlarının İnspeksiyası üzrə Təlimçi”
Qeyd: Uyğun namizədlər ilkin mərhələdə demo dərsə dəvət olunacaq, demo dərsin nəticələrinə əsasən ödəniş məbləği müəyyən ediləcək.