Velosiped mexaniki vakansiyası

 

Diaqnostika  Təmir  Servis keyfiyyəti

Pedalchi bir velosipedlə başlayan və bu gün Azərbaycanda velosiped mədəniyyətinin inkişafına töhfə verən komandadır. Veloturlar, təlimlər, velosiped və digər elektron nəqliyyat vasitələrinin təmiri üzrə etibarlı xidmətlər təqdim edirik.

Komandamızı genişləndiririk və uzunmüddətli əməkdaşlıq üçün velosiped mexaniki axtarırıq.

Rol haqqında

Bu rol velosipedlərin texniki baxışını, təmirini və servisə hazırlanmasını təmin edəcək. Texniki problemləri dəqiq müəyyənləşdirən, əl alətləri ilə peşəkar işləyən və xidmət keyfiyyətinə diqqət göstərən komanda yoldaşı axtarırıq.

İş şəraiti

İş ünvanı: Şərifzadə 16, Yasamal — Pedalchi Servis 

 •  İş qrafiki: frilans, işin gedişatına uyğun dəyişkən 

•  Əməkhaqqı: görülən iş və layihənin həcminə uyğun 

müəyyən edilir

Əsas vəzifələr

•  Velosipedlərin texniki baxışını və diaqnostikasını aparmaq

•  Təmir və servis işlərini keyfiyyət standartlarına uyğun həyata keçirmək

•  İcarə və turlar üçün velosipedləri hazırlamaq

•  Ehtiyat hissələrini dəyişdirmək və mexanizmləri sazlamaq

•  Servis keyfiyyətini və iş sahəsində səliqəni qorumaq 

 

Namizəddən gözləntilər

•  Velosiped mexanikası üzrə praktik bilik

•  Texniki və analitik düşüncə

•  Əl alətləri ilə işləmək bacarığı

•  Məsuliyyət, dəqiqlik və iş intizamı

•  Yeni texnologiyaları öyrənməyə maraq

•  Yaxşı kommunikasiya və komanda ilə işləmək bacarığı

 

Biz nə təklif edirik

•  İş prosesində öyrənmək və peşəkar inkişaf etmək imkanı

•  Təcrübəli mütəxəssislərdən mentorluq və praktiki dəstək

•  Yerli və beynəlxalq layihələrdə iştirak etmək imkanı

•  Müasir və peşəkar servis mərkəzində iş mühiti

•  Pedalchi xidmətlərindən istifadə və digər layihələrdə ödənişsiz iştirak etmək imkanı

•  Səmimi, peşəkar və inkişaf yönümlü komandanın üzvü olmaq

•  Uzunmüddətli əməkdaşlıq və karyera inkişafı perspektivi

Müraciət

Öyrənməyə açıq, məsuliyyətli və inkişaf etməyə həvəsli mütəxəssissinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.

Necə müraciət etməli CV-nizi müraciət etdiyiniz vakansiyanın adını başlıqda qeyd etməklə WhatsApp vasitəsilə +994 55 202 96 63 nömrəsinə göndərin.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.