TOBA kollektivininə “velosiped təmir ustası (mexanik)” vakansiyası üzrə yeni əməkdaşlar axtarırıq.
Tələb olunan texniki bilik və bacarıqlar:
- Təkər dəyişdirilməsi;
- Əyləc sistemləri: V-brake, disk (mexaniki və hidravlik) əyləclərin sazlanması;
- Sürətlər sistemi: arxa və ön dəyişdiricilərin (derailleur) tənzimlənməsi
- Zəncir dəyişdirilməsi;
- Sükan sistemi sazlanması, boşluqların aradan qaldırılması;
- Pedal, orta ox (bottom bracket) problemlərinin həlli;
- Xüsusi velosiped alətlərindən düzgün istifadə;
- Diaqnostika bacarığı: səsi, titrəyişi və davranışı analiz edib problemi tapmaq;
Nəzəri bilik
- Velosiped növləri (dağ, yol, şəhər, gravel və s.) arasındakı fərqlər;
- Materiallar (alüminium, karbon, polad) və onlara uyğun yanaşma;
- Hissələrin uyğunluğu (standartlar, ölçülər);
Müştəri ilə ünsiyyət
- Müştərinin bildirdiyi problemi düzgün başa düşmək;
- Problemi və həll yolunu müştəriyə sadə dildə izah etmək;
- Düzgün məsləhət vermək (nə təmir olunsun, nə dəyişdirilsin);
- Etibarlılıq və dürüstlük;
- Təmiz işləmək, velosipedi səliqəli qaytarmaq;
- Vaxtında təhvil vermək;
- Təhlükəsizlik qaydalarına riayət;
Şirkət təklif edir:
- Mağaza və servis mühitində işləmək;
- Təmir və diaqnostika avadanlıqları ilə təmin olunma;
- Rəsmi qeydiyyat və əməkhaqqı sistemi;
- Əməkhaqqı: 700-1000 AZN
- İş yeri: Sədərək TM
Əlaqə nömrəsi 055-220-23-72
Qeyd: Namizədlərdən mövzu hissəsində “Toba mexanik” vakansiya adını göstərməklə öz cv-lərini [email protected] elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.