“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentində Verilənlər Bazasının Administrasiyası şöbəsinə aparıcı/baş mütəxəssis (DBA) vəzifəsi üzrə vakansiya elan edir. Ümumi vəzifə öhdəlikləri:
- Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
- Yeni proqramların yaradılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (aidiyyatı sahə üzrə);
- VB (Oracle/Postgres) administrasiyası üzrə minimum 2 il iş təcrübəsi;
- Sertifikatları olan namizədlərə üstünlük verilir;
- Dil bilikləri: Azərbaycan və Rus dili (əla), İngilis dili (yaxşı);
- PL/SQL və PL/pgSQL vasitəsi ilə SQL-sorğuların yazılması, prosedur və paketlərin yaradılması bacarığı;
- Oracle/PostgreSQL məlumat bazalarının inkişafı və dəstəklənməsi;
- Verilən bazalarının daxilində mövcud olan proqramlardan istifadə etmə bacarığı (backup/restore, export/import və digər);
- Bütün məlumat bazalarının 24/7 rejimində işləkliyini təmin etmək;
- Daxili serverlər üçün məlumat bazalarını təmin etmək;
- Proseslərin avtomatlaşdırılması üçün SQL-sorğuların yazılması;
- Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 aprel 2022-ci il tarixinədək email-in mövzu hissəsində Verilənlər Bazasının Administrasiyası şöbəsinə aparıcı/baş mütəxəssis (DBA) qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM: Edumap.az - Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM: @edumap.az