VI “Yüksəliş” müsabiqəsində qiymətləndirici ekspert olmaq üçün müraciətlərin qəbuluna start verildi!
Qiymətləndirici ekspert olmaq istəyən namizədlər üçün əsas tələblər:
• Azərbaycan Respublikasının vətəndaşı olmaq;
• Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmaq;
• Minimum 5 il iş təcrübəsinə malik olmaq;
• İnsan resursları, psixologiya, kouçinq, idarəetmə və əlaqəli sahələrdən biri üzrə təcrübəyə malik olmaq (üstünlük hesab olunur);
• Güclü yumşaq bacarıqlara (xüsusilə, diqqətlilik, analitik düşünmə və qərarvermə bacarıqları) sahib olmaq.
Seçim prosesi haqqında məlumat:
Namizədlərin seçimi bir neçə mərhələdən ibarət olacaq. İlkin qeydiyyat VI “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi üçün aparılır və seçim mərhələlərini uğurla keçən namizədlər üçün xüsusi hazırlıq təlimləri təşkil olunacaq.
“Yüksəliş” müsabiqəsində qiymətləndirici ekspert kimi iştirak ölkənin gələcək liderlərinin müəyyənləşdirilməsi və inkişafına töhfə vermək imkanı yaradır. Yarımfinal mərhələsini uğurla tamamlayan namizədlərə müvəffəqiyyət sertifikatı təqdim olunacaq.
Qeydiyyat müddəti 5 mart 2026-cı ilədək davam edəcək.
Qeydiyyat linki: