"Videoqraf" vakansiyası
Azersun Holding şirkətlər qrupuna daxil olan Media Balans MMC komandası "Videoqraf" vakansiyası üzrə peşəkar, detallara diqqətli və dinamik əməkdaş axtarır.
Vəzifə öhdəlikləri:
Şirkətin müxtəlif layihələri üçün video çəkilişlərin həyata keçirilməsi;
Peşəkar montaj və post-production prosesi (rəng, səs, keçidlər və s.);
Brif və ya təqdim olunan material əsasında video konseptlərin hazırlanması;
Kontent komandasının ideyalarına vizual forma qazandırmaq.
Tələblər:
Minimum 3 il analoji sahədə iş təcrübəsi;
After Effects və Premiere Pro proqramlarında sərbəst işləmə bacarığı;
Yaradıcılıq və detallara qarşı diqqətlilik;
Vaxtın səmərəli idarə olunması və stressə davamlılıq;
Komandada işləmə və qarşılıqlı dəstək ruhu.
İş rejimi: Həftə içi 5 gün | 09:00 – 18:00
Nahar şirkət tərəfindən təmin olunur
Servis xidməti mövcuddur
İş yeri: Bakı şəhəri
CV göndərmək üçün: [email protected]
Mövzu hissəsində “Videoqraf” qeyd etməyinizi xahiş edirik.