Azersun Holding-ə bağlı olan AL Market MMC-də Videoqraf vakansiyası üzrə komandamıza yeni komanda yoldaşı axtarırıq.
Tələblər:
• Ali təhsil.
• Videoqrafiya, video istehsalı və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi (agentlik təcrübəsi üstünlükdür).
• Adobe Premiere Pro və Adobe After Effects proqramlarında sərbəst işləmək bacarığı (əlavə montaj proqramlarını bilmək üstünlükdür).
• Video çəkilişi, montaj, işıqlandırma, səs yazısı, kadr kompozisiyası və AI alətlərindən istifadə üzrə peşəkar biliklər.
• Kreativ düşüncə, yüksək vizual zövq, komanda ilə işləmək bacarığı və zərurət yarandıqda regionlara ezamiyyətə getmək imkanı
Vəzifə öhdəlikləri:
• Kampaniya, məhsul tanıtımı, mağaza aktivlikləri, tədbirlər, daxili kommunikasiya və employer branding layihələri üzrə video və foto çəkilişləri həyata keçirmək.
• Hazırlanan materialları Reels, Story, TikTok, YouTube Shorts və digər rəqəmsal platformaların texniki tələblərinə uyğun montaj etmək.
• Məhsul təqdimatları, kampaniyalar, xüsusi təkliflər, mağaza yenilikləri, canlı yayımlar və digər video layihələrin çəkiliş və post-produksiya prosesini icra etmək.
• Çəkiliş zamanı rakurs, işıqlandırma, səs, kadr kompozisiyası və görüntü keyfiyyətinin yüksək standartlara uyğun olmasını təmin etmək.
• Video və foto materiallarda rəng korreksiyası, səs tənzimlənməsi, altyazılar, keçidlər, vizual effektlər və digər montaj işlərini peşəkar şəkildə həyata keçirmək.
• Çəkiliş və montaj prosesində məhsulların, mağaza mühitinin, əməkdaşların və korporativ brend elementlərinin düzgün və vahid vizual standartlara uyğun təqdim olunmasını təmin etmək.
• AI alətlərindən istifadə etməklə video ideyaları, ssenarilər, kadr planları və vizual konseptlərin hazırlanmasına dəstək vermək, viral və trend kontent formatlarını araşdıraraq tətbiq etmək.
• Hazırlanan kontentin keyfiyyətinə nəzarət etmək, materialları istifadəyə hazır formada aidiyyəti bölmələrə təqdim etmək və arxivləşdirilməsini təmin etmək.
• Çəkiliş avadanlıqlarının saz vəziyyətdə saxlanılmasına, düzgün istifadəsinə və texniki baxımına nəzarət etmək.
• Rəhbərliyin tapşırığına əsasən vəzifənin funksional istiqamətinə uyğun digər video və foto layihələrinin icrasında iştirak etmək.
İş Qrafiki: Həftə içi 5 gün
İş yeri: Bakı şəh., AL Market MMC Baş ofis
Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
Nahar şirkət tərəfindən təmin olunur
Nəqliyyat dəstəyi mövcuddur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Videoqraf” qeyd etməyiniz xahiş olunur.

