" Xalq Sığorta" ASC-də Marketinq şöbə rəhbəri axtarırıq!
Namizədə dair gözləntilər və xüsusi tələblər:
· Ali təhsil ( Müvafiq sahə üzrə);
· Dil bilikləri- Azərbaycan dili və ingilis dilləri əla səviyyədə, rus dili arzu olunandır;
· Minimum 5 il iş təcrübəsi (Sığorta və ya Bank sahəsində);
· Kompüter bilikləri: MS Office proqram bilikləri, Süni İntellekt alətlərinin tətbiqi;
· Marketiq üzrə beynəlxalq və yerli sertifikatların olması üstünlükdür.
İş haqqında məlumat:
· Marketinq strategiyasının, marketinq planının va büdcə planlamasının hazırlanması;
· Şirkətin yerli bazarda mövqeyini müəyyənləşdirmək,
· Şirkətin PR va Reklam siyasətinin hazırlanması;
· Bazar payı, satış kanallarındakı rəqiblərinin fəaliyyəti sahəsində davamlı araşdırmaların aparılması;
· Bazar tələbatları, potensial müştəri ehtiyaclarını müəyyən etmək, araşdırmaq və müvafiq məhsul və ya xidmətləri tövsiyyə etmək;
· Satışın artırılmasına yönəlik kompaniyalar təşkil etmək və hesabatlılığı təmin etmək;
· Şirkətin sosial media hesablarını idarə edilməsinə nəzarət etmək, kontentin yaradılmasında birbaşa iştirak etmək;
· Müştəri məmnunluğunun artırılmasına, şirkətin imicinin yüksəlməsinə nail olmaq və bu məqsədlə biznesin digər strukturlarının effektiv çalışması üçün müvafiq təkliflərin verilməsi.
İş şərtləri:
· İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
· İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
· Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
· İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Marketinq şöbə rəhbəri) qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.