Peşəkar inkişaf yolunda yeni bir imkan,“From Junior to Senior” karyera marafonu!
Hər bir qadının karyera yolu özündə cəsarət, öyrənmə və davamlı inkişaf hekayəsini daşıyır.
Bu dəfə biz sizə 6 günlük ödənişsiz online karyera marafonunu təqdim edirik. Proqram qadınların professional bacarıqlarını gücləndirmək və iş həyatında növbəti mərhələyə keçidinə dəstək olmaq üçün hazırlanıb.
Marafonun mövzuları:
İş yerində davranış və etik qaydalar
Daxili konfliktlərin idarə olunması
Professional ünsiyyət və e-mail yazma qaydaları
Görüşlərdə effektiv təqdimat
Liderlər və komandalarla sağlam münasibətlərin qurulması
Özünüinkişaf və bacarıqların təkmilləşdirilməsi (Vebinar)
Marafon kimlər üçün nəzərdə tutulub:
▫ Karyerasında növbəti mərhələyə keçmək istəyən xanımlar üçün;
▫ İş yerində ünsiyyət, liderlik və konfliktlərin idarəedilməsi bacarıqlarını inkişaf etdirmək istəyənlər üçün;
▫ Peşəkar mühitdə özünəinamı artırmaq və effektiv təqdimat bacarığı qazanmaq istəyənlər üçün;
Bu bizim son ödənişsiz marafonumuzdur, özünə və gələcəyinə yatırım etmək istəyən xanımlar mükəmməl fürsətdir!
Necə qoşulmaq olar:
Sadəcə qeydiyyatdan keçmək kifayətdir, marafon online və ödənişsizdir.
Qeydiyyat: https://nexusadv.com/marathon-2-womens-career-path/
Sualınız varsa bizə yazın :https://t.me/nexusadvsupport