Xanımlar üçün Proqramlaşdırma və Süni İntellekt üzrə Yüksək Təqaüdlü Təhsil Fürsəti
Matrix Academy və Rabitəbank-ın birgə əməkdaşlığı ilə Beynəlxalq Qadınlar gününə həsr olunan "SHE Codes AI" layihəsinə qeydiyyatın açıq olduğunu elan edirik.
Azərbaycanda texnologiya təhsili sahəsində aparıcı akademiyalardan biri olan Matrix Academy-də layihə çərçivəsində Proqramlaşdırma və Süni intellekt sahələrinə 0-dan başlayan 100 xanıma 60% güzəştli təhsil imkanı təqdim olunacaq.
Layihəyə seçilən xanımlar yalnız nəzəri biliklər deyil, həmçinin Süni intellekt alətləri ilə praktiki işləmə bacarıqları və IT sahəsində işə qəbul prosesində istifadə olunan əsas texnikaları öyrənmək imkanı yaradacaq.
Layihəyə müraciət istiqamətləri:
- Süni intellekt (Generative AI)
- Proqramlaşdırma (Foundation)
Kimlər müraciət edə bilər?
- 18 - 35 yaş arası xanımlar
- Orta səviyyədə kompüter biliklərinə malik olanlar
- Tələbələr, məzunlar, işləyən xanımlar, karyera dəyişmək istəyənlər və ya özünü inkişaf etdirmək istəyənlər
- Süni intellekt (Generative AI) və IT sahəsini 0-dan öyrənmək istəyənlər
- Texnologiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək istəyənlər
Qeyd: Layihəyə yalnız 100 xanım qəbul ediləcək, buna görə qeydiyyatdan keçməyə tələsin!
Qeydiyyat üçün linkə keçid edin -
https://forms.gle/AGLyuxikuchYVioFA
Texnologiyada daha çox qadının yer alması üçün yaradılmış bu fürsəti qaçırmayın.
Son qeydiyyat tarixi: 15 aprel