Xaricdə təhsil üzrə menecer vakansiyası

Azərbaycanda fəaliyyət göstərən Türkiyənin Hoffman Co konsaltinq şirkəti xanımlar üçün Xaricdə təhsil üzrə menecer vəzifəsinə vakansiya elan edir.

İş barədə qısa məlumat

  • Xaricdə təhsil üzrə konsultasiya, sənədləşmə işləri və müraciət anketlərinin doldurulması
  • Beynəlxalq görüşlərdə iştirak və təqdimatların keçirilməsi
  • Təhsil üzrə zəng və mesajların qəbul edilməsi, yönləndirilməsi
  • İştirakçılara məlumatların verilməsi
  • Beynəlxalq layihələrdə şirkətin təmsil edilməsi
  • Müraciət edənlərlə görüşlərin keçirilməsi və nəticələr üzrə hesabatın hazırlanması
  • Xarici layihələrdə iştirak və xarici ölkələrə səfərlər
  • İş qrafiki: həftənin 5 günü, saat 09:00–18:00

Namizədə tələblər

  • İngilis dilini danışıq səviyyəsində bilmək
  • Xaricdə təhsil sahəsində minimum 12 aylıq iş təcrübəsinə malik olmaq
  • Ali təhsilli olmaq — tələbə olmayan namizədlər
  • Kommunikasiya bacarıqları
  • Komandada işləmək bacarığı
  • Karyera və inkişafa yönümlü olmaq
  • Pozitiv yanaşma və problem həll etmə bacarığı

Əməkhaqqı: aylıq 1000 AZN + komissiyalar (təcrübədən asılı olaraq).

Seçiləcək namizəd Hoffman Co-nun yerli və beynəlxalq layihələrinin təşkilində təcrübə qazanacaq. Əlavə olaraq, təlim və düşərgə kimi layihələrdə iştirak edəcək və sertifikatlarla təltif olunacaq.

Qeyd: Xaricdə təhsil sahəsində təcrübəsi olmayan namizədlərin CV-lərinə baxılmayacaq.

Müraciət qaydası

Müraciət etmək istəyənlər CV-lərini mövzu (Subject) hissəsində “Xaricdə təhsil üzrə menecer” qeyd edərək, bu vəzifədə niyə çalışmaq istədikləri barədə qısa mətnlə birlikdə [email protected]  ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.