Bee Tours, Bakı ofisinə yeni komanda üzvü axtarır!
Vakansiya: Xarici turlar üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
• Xarici istiqamətlər üzrə turların hazırlanması, satışı və müştərilərə təqdimatı
• Otellər, aviabilet, transfer və digər xidmətlərin bronlaşdırılması
• Müştərilərlə yazılı və şifahi əlaqə, fərdi və qrup turlarının təşkilində dəstək
• Tərəfdaş tur operatorlar, otellər və agentliklərlə əlaqələrin idarə edilməsi
• Sosial media və sayt üçün tur paketlərinin hazırlanmasına məlumat dəstəyi
Namizəddən tələblər:
• Turizm sahəsində minimum 1-2 il iş təcrübəsi
• Xarici istiqamətlərin (xüsusilə Dubay, Türkiyə, Avropa və Asiya) yaxşı tanıması
• Azərbaycan və Rus dillərini bilməsi
• Amadeus, Galileo və ya Sabre sistemlərindən biri ilə işləmə bacarığı arzuolunandır
• Müştəri ilə düzgün ünsiyyət qurmaq və satış bacarığı
• Operativlik, məsuliyyət və komandada işləmək qabiliyyəti
Təklif olunur:
• Rəqabətədavamlı əmək haqqı və bonus sistemi
• Peşəkar və dinamik komanda mühiti
• Karyera inkişafı və beynəlxalq sərgilərdə iştirak imkanı
CV-nizi [email protected] elektron ünvanına göndərin.