Tamstore MMC “Xərclər və Gəlirlər Bölməsinin rəhbəri” vakansiyası elan edir: 

 

Əsas vəzifə öhdəlikləri:

·    Şirkətin bütün xərclərinin və gəlirlərinin uçotunun düzgün və vaxtında aparılmasını təmin etmək;

·    Gəlir və xərclərin analitik uçotunu təşkil etmək, aylıq, rüblük və illik hesabatların hazırlanmasına rəhbərlik etmək;

·    Büdcə prosesində iştirak etmək, xərclərin büdcə ilə müqayisəli təhlilini aparmaq, uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək;

·     Xərclərin optimallaşdırılması və maliyyə effektivliyinin artırılmasına dair təkliflər hazırlamaq;

·    Bölmədə iş bölgüsünü həyata keçirmək, əməkdaşların fəaliyyətinə nəzarət etmək və onların peşəkar inkişafını təmin etmək;

·    Vergi, audit və digər nəzarət orqanları ilə tələb olunduqda məlumat mübadiləsini təmin etmək;

·    Mühasibat uçotu sənədlərinin və məlumatların düzgün saxlanılmasını, məxfiliyinin qorunmasını təmin etmək;

·    Hesabatlıq və uçot proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması üzrə təşəbbüslər irəli sürmək;

·    Təyin edilən digər tapşırıqların icrasını təmin etmək.

 

Tələb olunan bilik və bacarıqlar:

 ·   Məntiqi və analitik düşünmə tərzi;

 ·   Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (Excel);

 ·   Operativ və məsuliyyətli iş yanaşması;

 ·   Komandada işləmə, sürətli düşünmə, deadline-larla işləmə bacarığı.

 

 

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

 ·   Ali təhsil (maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə);

 ·   Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi.

 

İş şərtlərimiz:

·     İş qrafiki: Tam iş günü (5 gün);

·     İş saatları: 09:00-18:00;

·     İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

 

Biz nə təklif edirik:

·      Əmək bazarında rəqabətli əməkhaqqı;

·      Peşəkar komanda mühiti;

·      Şirkət hesabına nahar;

·      Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə  “Xərclər və Gəlirlər Bölməsinin rəhbəri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.