Xəzər Gənclər evi sosial xidmət müəssisəsi Dərnək rəhbəri vəzifəsinə sənəd qəbulu elan edir.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
* Gənclərlə iş sahəsində təcrübə (2 il);
* Yaş həddi 29 yaşadək;
* MS Office paketinə daxil olan proqramlarda sərbəst işləmə bacarığı;
* Komanda ilə işləmə bacarığı;
* Şəxslərarası effektivlik.
Qeyd: Könüllü və ya əməkdaş qismində müvafiq təcrübənin olması, dil və kompüter bilikləri haqqında qeyd CV-də öz əksini tapmalıdır.
Təqdim ediləcək sənədlər:
* CV (foto ilə, iddia edilən vəzifənin adı qeyd olunmalıdır);
* Şəxsiyyət vəsiqəsinin surəti;
* Ali təhsil haqqında diplomun surəti (əgər varsa);
* Tərcümeyi-hal (elektron formada).
Sənədlər elan paylaşıldıqdan sonra 10 iş günü ərzində elektron formada [email protected] ünvanına göndərilməlidir.
Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət etdiyiniz müəssisənin və vəzifənin adını “Mövzu” bölməsində qeyd etməyiniz vacibdir.

