Xəzər Universiteti Dünya Məktəbi MMC-yə Reels Maker vəzifəsi üzrə namizəd axtarılır.

 

 İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 9

 

 Əmək haqqı: 800₼ NET

 

Vəzifə öhdəlikləri:

 •            Məktəbin gündəlik fəaliyyətindən — dərs prosesləri, tədbirlər, layihələr və digər yeniliklərdən — müntəzəm olaraq storilər çəkmək və paylaşılmağa hazır vəziyyətə gətirmək.

 •            Dərslərin və məktəb həyatının müxtəlif məqamlarından keyfiyyətli rilslər hazırlamaq.

 •            Zərurət yaranarsa, trend və aktual formatlara uyğun videoların tez bir zamanda çəkilməsi və montaj edilməsi.

 •            Telefon və ya kompüter vasitəsilə montaj proqramlarında sərbəst işləmək bacarığı.

 •            Kadr quruluşu, rakurs seçimi, işıqlandırma və səs keyfiyyətinə diqqət etmək; çəkilən bütün materialların vizual və texniki keyfiyyətinə cavabdehlik daşımaq.

 

İş qrafiki:

 •            Bazar ertəsi – Cümə axşamı: 08:00–16:00

 •            Cümə: 08:00–15:00

 

 

Namizədə tələblər

 

- Ali təhsil (dizayn, vizual kommunikasiya və kinematoqrafiya üzrə arzu olunandır)

- Müvafiq sahədə təcrübə mütləqdir

- Zəruri proqram bilikləri vacibdir

- Müəssisə daxili nizam, intizam qaydalarına əməl etməli

- Portfolio mütləqdir

- İngilis dili

 

Qeyd olunan tələblərə uyğun Namizədlər CV-lərini “Reels Maker” başlığı altında [email protected] mail adresinə göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.